AZ

Andrey Portnovun qətlində şübhəli bilinən şəxs Almaniyada SAXLANILDI

Almaniyada Andrey Portnovun qətli ilə bağlı şübhəli şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya Milli Polisi məlumat yayıb.

İspaniyanın “Antena 3 News” telekanalının verdiyi məlumata görə, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın silahdaşı Andrey Portnovun qətlini törətməkdə şübhəli bilinən şəxs Almaniya ərazisində ələ keçib.

Bildirilir ki, saxlanılan şəxs Ukrayna vətəndaşıdır.

Qeyd edək ki, Portnov 2025-ci il mayın 21-də Madrid yaxınlığında övladlarını təhsil müəssisəsinə gətirərkən güllələnərək öldürülüb.

Əməliyyat beynəlxalq hüquq-mühafizə orqanlarının əməkdaşlığı çərçivəsində reallaşıb.

Hazırda faktla bağlı istintaq davam etdirilir. Cinayətin mümkün sifarişçilərinin kimliyi barədə hələlik rəsmi məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr