Bakı. Trend:
Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbvə faciə ilə bağlı bəyanat qəbul edilib.
Trend xəbər verir ki, Xocalısoyqırımının 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdəPeru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Perudaakkreditə olunmuş diplomatik korpus və yerli KİV-lərinnümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutlayad edilib.
Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupununüzvü Rosanxela Andreya Barbaran Reyes çıxış edərək Xocalıda həlakolmuş günahsız soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığıverib və Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dəriniz qoyduğunu qeyd edib.
Sonra çıxış edən səfirliyin əməkdaşı Gültən Qafqazlı-NovruzovaXocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumatverərək, bu qətliamın və onun acı nəticələrinin unudulmamasının,habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün soyqırımıtörədənlərin hamısının məsuliyyətə cəlb olunmasının önəminivurğulayıb.
Diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini, birsıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindənXocalı soyqırımını tanıyan sənədlərin qəbul edildiyini diqqətəçatdırıb, bu məsələdə ədalətli mövqe və həmrəylik nümayiş etdirdiyiüçün Peru tərəfinə minnətdarlığını bildirib.
Daha sonra, Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü iləbağlı qəbul edilmiş bəyanatın mətni oxunulub.
Bəyanatda Xocalı soyqırımının 34-cü ildönümünün anıldığı diqqətəçatdırılıb. Həmçinin çox sayda insanın qəddarcasına qətləyetirilməsi ilə nəticələnmiş bu qanlı faciə haqqında məlumatverilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmişsənəddə bu soyqırımının pisləndiyi bildirilib.
Bəyanatda həmçinin Qafqaz regionunda sülhün və sabitliyinmöhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksək səviyyəligörüşə dəstək vurğulanıb.
Bundan başqa, bəyanatda bu gün bütün dünya azərbaycanlılarınınXocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsiniehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, başvermiş faciənin 34-cü ildönümünün anılması ilə əlaqədar Azərbaycanhökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub.
Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayişetdirilib, iştirakçılara qanlı faciənin tarixinə dair broşür vəmateriallar təqdim olunub.