AZ

"Nottingem Forest"lə matçda "Fənərbağça"nın qapısını kim qoruyacaq?

"Fənərbağça"nın UEFA Avropa Liqasındakı iddialı yürüşü gözlənilməz zədə xəbəri ilə sarsılıb.

Fanat.Az xəbər verir ki, komandanın əsas qapıçısı Ederson ilk qarşılaşmada ciddi zədə alaraq sıradan çıxıb.

Baş məşqçi Domeniko Tedesko mətbuata verdiyi açıqlamada təcrübəli qolkiperinin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağını təsdiqləyib.

Bu məcburi dəyişiklikdən sonra İngiltərədə keçiriləcək "Nottinqem Forest"lə taleyüklü cavab matçında "Fənərbağça"nın qapısını Tarık Çetin qoruyacaq. Gənc qapıçı üçün bu oyun həm böyük bir sınaq, həm də özünü sübut etmək üçün nadir fürsət hesab olunur.

Kamil Xudiyev

Seçilən
0
1
fanat.az

2Mənbələr