AZ

Boşanmış müğənniyə hədiyyə edilən Porsche və çeynənmiş ailə dəyərləri...

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan video ictimai müzakirələrə səbəb olub. Platformada yeni tanınan qadın müğənnilərdən biri şəxsi həyatı ilə bağlı danışarkən bildirib ki, həyat yoldaşından ayrıldıqdan sonra həyatına daxil olan ilk şəxs ona “Porsche” markalı avtomobil hədiyyə edib. Videoda aparıcı və qonaq maddi imkanı zəif olan kişilərlə bağlı tənqidi fikirlər səsləndirir, eyni zamanda qadınlara münasibətdə mübahisəli yanaşmalar nümayiş etdirirlər. Sözügedən paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub.Sosioloq Sevinc Qasımova məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bu videoda səslənən fikirlər cəmiyyətimizdə mövcud olan bir neçə problemli tendensiyanı açıq şəkildə üzə çıxarır:“Bir tərəfdən, maddi imkanın münasibətlərin əsas ölçüsünə çevrilməsi ailə və şəxsi münasibətləri bazar məntiqi ilə dəyərləndirən yanaşmanı gücləndirir. Hədiyyə olunan avtomobil üzərindən dəyər qurmaq insan münasibətlərini emosional, mənəvi və qarşılıqlı hörmət kimi əsaslardan uzaqlaşdıraraq, istehlak obyektinə çevirir. Bu, xüsusilə gənclər arasında yanlış sosial gözləntilər yaradır və uğuru, xoşbəxtliyi yalnız maddi göstəricilərlə ölçən səthi düşüncə tərzini normallaşdırır. Digər tərəfdən, maddi imkanı zəif olan kişilərin açıq şəkildə aşağılanması sosial təbəqələşməni dərinləşdirən, insanları gəlirinə görə dəyərsizləşdirən təhlükəli diskursdur. Bu cür yanaşma sosial bərabərsizliyin struktur səbəblərini görməzlikdən gəlir və fərdləri onların nəzarətindən kənar iqtisadi şərtlərə görə günahlandırır. Bu zaman həm kişilər üzərində psixoloji təzyiq artır, həm də cəmiyyətdə empatiya və sosial həmrəylik zəifləyir”.O bildirib ki, videoda qadınlara münasibətdə sərgilənən mübahisəli yanaşmalar da problemin digər tərəfidir:“Qadının dəyərinin kimdən nə aldığı, hansı maddi imkana sahib olduğu üzərindən müəyyənləşdirilməsi patriarxal düşüncəni yeni, daha parlaq formada təkrarlayır. Bu isə qadının fərdi uğurunu, əmək və şəxsiyyətini kölgədə qoyur. Bu tip paylaşımlar nə maarifləndirici, nə də sağlam ictimai müzakirəyə töhfə verən məzmun sayılır. Əksinə, həm maddi imkan üzərindən insan dəyəri biçən yanaşmanı, həm də gender stereotiplərini gücləndirərək cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir”.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırLeyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
demokrat.az

2Mənbələr