AZ

Yük maşının altına girib əzik əzik olan “Tofaş”dan sağ çıxdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qəza törədən sürücü əzik-əzik olmuş avtomobildən sağ çıxıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Manisa şəhərində baş verib. Məlumata görə, İzmir-Ankara D300 avtomobil yolunun Kula rayonu ərazisində 42 yaşlı Adəm K.-nın idarə etdiyi “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq, eyni istiqamətdə hərəkət edən 26 yaşlı İbrahim Can M.-nin idarə etdiyi 06-EHD-781 nömrə nişanlı yük maşınına arxadan çırpılıb.

Zərbənin təsirindən yük maşınının altına girən avtomobil orada ilişərək qalıb və təxminən 150 metr sürüklənib.

Qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxışaraq qalan və xəsarətlər alan sürücü hadisə yerinə gələn xilasedicilər tərəfindən sıxışdığı yerdən çıxarılıb və təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

Xəstəxanaya yerləşdirilən Adəmin həyatı üçün təhlükənin olmadığı bildirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr