AZ

BMW ABŞ-də 59 minə yaxın avtomobili geri çağırır

Bakı. Trend:

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA)Almaniyanın BMW şirkətinin ABŞ-də 58 713 avtomobili geriçağırdığını açıqlayıb.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, geri çağırılmaya səbəb kondisioner sistemininnaqillərində aşkar olunan zədələnmədir. Bu nasazlıq qısaqapanmariskini artıra bilər.

NHTSA-nın məlumatına əsasən, geri çağırılma bir neçə modeliəhatə edir. Bunlar arasında "M5 Sportswagon", "M5" və "750e xDrive"modelləri də var.

Şirkət sözçüsü KİV-ə açıqlamasında geri çağırılmanı təsdiqləyib.Onun sözlərinə görə, aparılan keyfiyyət yoxlaması nəticəsindətəsirə məruz qalan avtomobillərdə kabel marşrutununtəkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Sözçü əlavə edib ki, indiyədək bu nasazlıqla bağlı hər hansıqəza faktı qeydə alınmayıb.

Seçilən
16
1
az.trend.az

2Mənbələr