AZ

Türkiyə İrana hücum edəcək?

Türkiyə hökuməti bildirib ki, Türkiyənin İrana hücum planları ilə bağlı xəbərlər yalandır.

Bəyanatda Ankaranın həmişə qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyi bildirilir və qeyd olunur ki, sərhəd təhlükəsizliyini təmin etmək üçün tədbirlər hər hansı bir böhrandan asılı olmayaraq, 24/7 görülür. Türkiyə liderləri ictimaiyyəti təsdiqlənməmiş məlumatlara etibar etməməyə və rəsmi açıqlamalara etibar etməyə çağırıblar.

Qeyd edək ki, daha əvvəl bəzi media orqanları ABŞ-ın İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbləri ilə İrana hücum etməyi düşündüyü barədə məlumat yayıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr