
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı sülh və barışıq şəraitinin formalaşmasına baxmayaraq bu gün də erməni kilsəinin revanşist əməllərdən çəkmədiyini qeyd edərək, terrorçu təşkilatlara əlaqədə olması ilə bağlı arayış təqdim etdi.

Tədbirdə çıxış edən natiqlər – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev Xocalıda insanlıq əleyninə törədilən cinayətləri bəşəriyyətin faciəsi kimi qiymətləndirdilər.30 ilə yaxın davam etmiş işğal prosesində şəhərlərin, dini məbədlərin terrora məruz qaldığını qeyd etdilər.



Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların bəyanatı – beynəxalq təşkilatlara müraciət qəbul olundu.
AzVision.az