Avtosfer saytına istinadən ain.az xəbər verir.
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 25-də saat 14:40 radələrində baş verib.
Kadrlardan görünür ki, 90-YF-053 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan onu sağdan ötüb və birzolaqlı yolda digər avtomobilləri sıxışdırıb.
Daha sonra yol kənarında dayanmış nəqliyyat vasitəsini görən sürücü qəfil sola manevr edərək görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb.
Təhlükə ilə üzləşən sürücü toqquşmanın qarşısını almaq üçün sola - əks istiqamətli yola çıxmağa məcbur olub.
Bununla da kifayətlənməyən “Chevrolet” sürücüsü bu səfər önündəki maşınları ötmək üçün bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.