“Uşaqlarımızın dərs aralarında məktəb həyətində həmişə bir ağızdan ilahilər oxuması sizi niyə narahat edir? Gənclərimizin dilində söyüş, təhqir yerinə Allah kəlməsinin olması sizi niyə bu qədər narahat edir? Laiqliq anlayışının arxasında gizlənməyi dayandırın. Probleminizi açıq şəkildə deyin.” Prezident eyni zamanda, “Kabede Hacılar” ilahisini ifa edən Cəlal Karatürəni təbrik edib: “Bu ilahini bütün xalqımızın dilinə və qəlbinə yerləşdirən, ölkəmizi həmin gözəl ilahilər sayəsində bir səs, bir ürək halına gətirən bəstəkarından ifaçısına qədər bütün qardaşlarımı buradan təbrik edirəm. Xüsusilə məktəb həyətlərində övladlarımızın həmişə birlikdə bu ilahilərə qoşulduğunu, bir ağızdan "Allah" sözünü səsləndirdiklərini görmək bizi çox sevindirdi və qürurlandırdı".
Qeyd edək ki, məktəb həyətində uşaqların birgə dini fəaliyyətləri müəllimlər və valideynlər arasında da fikir ayrılıqlarına səbəb olub.