ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mənim sənətim bəzilərinin başına daş kimi düşüb. Quyumu qazanları bundan da pis günlər gözləyir. Hər pis şeyi mənim üstümə atırlar, amma başından böyük qələt edirlər".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış müğənni Ofeliya Şabanova deyib.
Müğənni kanalların ona efir qadağası qoyması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Verilişlərdə mənə qadağa qoyulması ilə bağlı yayılan xəbərlər yalandır. Bunu iki müğənni mənə qarşı təxribat olsun deyə yayırlar. Belə bir şey yoxdur. Dişlərimdəki problemlə bağlı verilişlərə 10 gün ara vermişəm. Ondan sonra kanallara dəvət almışam, çıxacağam. Hətta xalq artisti ilə duetim də var. Çox böyük layihələrim var.
Müğənni deyib ki, o efirlərdə ailə dəyərlərini təbliğ edir:
"Mənə niyə qadağa qoyulsun? Mən ailə dəyərlərindən danışmışam, ədəbdən, ərkandan danışmışam. Nə əxlaqsız, nə şərəfsiz əməllərlə gündəmdə qalmamışam. Sənətim göz qabağındadır, bəziləri kimi "həci"lərlə reklam olunmamışam. Mənim sənətim onların hər birinin sənətindən böyükdür. Bacarırlarsa mənimlə mikrafonla savaşsınlar, sənətlə savaşsınlar. Görək kim mənə qalib gələ biləcək? Mənim sənətim bzilərinin başına daş kimi düşüb. Quyumu qazanları bundan da pis günlər gözləyir. Hər namazimda məni xar eləmək istəyənləri Allaha tapşırıram. Hər pis şeyi mənim üstümə atırlar, amma başından böyük qələt edirlər. Mənim dalımda Allah dayanıb. Kanal rəhbərləri də görür ki, mən ancaq ailədən danışıram. Mənə niyə qadağa qoyulmalıdır?".
Aysel Hacızadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.