AZ

“Qarabağ” “Sabah” oyununun biletləri nə vaxt satışda olacaq? “Tofiq Bəhramov”da anşlaq istəyirik!

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli premyer-liqasının 22-ci turunun “Qarabağ” – “Sabah” matçına sayılı günlər qaldı. Daha dəqiqi, Ağdam təmsilçisi martın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda çempionluq yarışında olduğu rəqibi qəbul edəcək. Bu idman qurğusunun tamaşaçı tutumunu nəzərə alsaq (31200), oyunda anşlaq yaşanması mümkündü. Azı ona görə ki, “köhlən atlar” liderdən – “bayquşlar”dan 7 xal geridədi. Bu matçda heç-heçə belə qonaqlar üçün sərfəli nəticə sayılacaq. Meydan sahiblərinin uduzması isə xal fərqinin daha da artmasına səbəb olacaq.Əlbəttə, təkcə “Qarabağ”ın yox, həm də “Sabah”ın belə əhəmiyyətli qarşılaşmada azarkeşlərinin dəstəyinə ehtiyacı var. Bəllidi ki, bunun üçün əvvəlcə biletlər satışa çıxarılmalıdı. Lakin oyuna beş gün qalsa da, hələ bu yöndə xəbər-ətər yoxdu. Bu üzdən dünən Ağdam təmsilçisinin Kommunikasiyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında biletlərin komanda İngiltərədən qayıdandan sonra satışa çıxarılacağını bildirdi. Bu o deməkdi ki, biletlərin bu gündən etibarən satışda olacağını düşünmək olar.Xatırladaq ki, “Qarabağ” – “Sabah” qarşılaşması saat 19.00-da başlayacaq.KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
icma.az

2Mənbələr