AZ

Ukrayna Silahlı Qüvvələri Odessa vilayətini dairəvi müdafiəyə hazırlayır

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubundakı Odessa vilayətini dairəvi müdafiəyə hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Cənub Ərazi Müdafiə Qüvvələrinin regional idarəsinin rəisi Denis Nosikov “Shtabkvartira” yutub kanalına verdiyi müsahibəsində deyib. “Hazırda Odessa şəhərini, hətta bütün vilayəti ciddi şəkildə dairəvi müdafiəyə hazırlayırıq”, - deyə o bildirib.

Denis Nosikovun sözlərinə görə, regionun ətrafında müxtəlif istehkamlar tikilir, o cümlədən tank əleyhinə xəndəklər və səngərlər qazılır. Bölgənin müdafiəsi üçün könüllü dəstələr yaradılır.

Seçilən
10
5
yeniazerbaycan.com

6Mənbələr