AZ

Minlərlə ailənin özəl görüntüləri yayıla bilər Evlərdəki bu bahalı alət casus imiş

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Çin şirkəti DJI-ın istehsal etdiyi robot tozsoranda aşkar olunan ciddi təhlükəsizlik boşluğu minlərlə istifadəçinin şəxsi həyatını risk altına salıb. Problemi proqram təminatı mühəndisi Semmi Azdufal üzə çıxarıb. O, yeni aldığı cihazı oyun pultu ilə idarə etmək üçün proqram hazırlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Məlum olub ki, sistemdə kənar müdaxiləyə imkan verən zəiflik mövcuddur. Bu isə istifadəçilərin məlumatlarının və məxfiliyinin təhlükə altında olması deməkdir. Hadisə “ağıllı ev” cihazlarının təhlükəsizliyi ilə bağlı narahatlığı yenidən gündəmə gətirib.Məsələ ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bildirib ki, bu cür texniki hallar mümkündür, lakin cihazların avtomatik idarəetmə sistemləri hər zaman ideal səviyyədə qurulmur:"Təhlükəsizlik boşluğu adətən zəif autentifikasiya və “cloud” tərəfində yanlış konfiqurasiya, eləcə də sızmış token və parollar səbəbindən yaranır. Paylaşılan məlumatlardan da bunun ehtimal edildiyi anlaşılır. Belə robot sistemlərində zəiflik nəticəsində minlərlə cihazın kommunikasiya məlumatlarına, mikrofon səs yazılarına və ev mühitinə dair informasiyalara icazəsiz çıxış mümkün ola bilər. Bildirilir ki, problem sonradan server tərəfində yenilənmələrlə aradan qaldırılıb".Ekspert bildirib ki, bu vəziyyət əsasən “cloud” mühitində nəzarətin zəif qurulması səbəbindən baş verir:"Bir cihazın tokeni və ya giriş səviyyəsi digər istifadəçilərin məlumatlarına çıxış imkanı yarada bilər. İstifadəçilər cihazın modelinə və təhlükəsizlik siyasətinə diqqət yetirməlidirlər. Tətbiqdə kommunikasiya icazələri mütəmadi yoxlanmalı, şəbəkədə isə cihazın internetə çıxışı router və firewall qaydaları ilə nəzarətdə saxlanmalıdır. Ümumilikdə isə məsələ sistem boşluğu ilə bağlıdır və vaxtında müdaxilə ilə aradan qaldırıla bilər".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr