ain.az, Milli.az portalına istinadən məlumat verir.
Sabah saat 09:00-da Balakəndə 1 920 abonentin qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsindən (RQİİ) məlumat verilib.
Bildirilib ki, qaz təchizatının dayandırılması rayon ərazisində Katex QPS-də bir ədəd RVQ G-400 tipli və Katex kəndində iki ədəd G-400 tipli balans qovşaqlarının quraşdırılması ilə əlaqədardır. Görülən işlərlə bağlı 1 912 əhali, səkkiz qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının verilməsi quraşdırma işlərindən sonra bərpa ediləcək.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.