AZ

İtaliyada futbol matçı qanlı sonluqla bitib

İtaliyada "Napoli" azarkeşinin başına gələn hadisə dünya mediasında geniş əks-səda doğurub.

Fanat.Az xəbər verir ki, 40 yaşlı azarkeş "Atalanta" - "Napoli" matçını izləyərkən həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisə VAR sisteminin "Napoli"nin xeyrinə verilən penaltini ləğv etməsindən sonra azarkeşin evdə yüksək səslə təhqirlər yağdırması ilə başlayıb.

35 yaşlı qadın bu təhqirlərin ona ünvanlandığını düşünərək əvvəlcə qayçı fırlatmış, daha sonra isə mətbəx bıçağı ilə həyat yoldaşına xəsarət yetirmişdir. Polis dərhal hadisəyə müdaxilə edərək qadını həbs edib, yaralı kişi isə xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, zərərçəkənin həyatı təhlükəsi olmasa da, müalicəsi davam etdirilir.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr