AZ

"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək

Lüks avtomobil istehsalçısı "Aston Martin" 40 milyon funt sterlinq qənaət etmək məqsədilə işçilərinin 20%-ni ixtisar edəcəyini açıqlayıb.

Marja xəbər verir ki, şirkət ötən ilə dair maliyyə nəticələrini açıqlayaraq, 2025-ci ildə vergidən əvvəlki zərərinin 363,9 milyon funt sterlinq təşkil etdiyini bildirib. Bu göstərici əvvəlki ildə qeydə alınmış 289,1 milyon funt sterlinqlik zərərlə müqayisədə artım deməkdir. Zərərin böyüməsinə ABŞ-ın gömrük tarifləri və zəif tələb təsir göstərib.

Şirkət 40 milyon funt sterlinq qənaət etmək üçün əməkdaşlarının 20%-ni ixtisar edəcəyini qeyd edib.

"Aston Martin"in İcraçı direktoru Lawrence Stroll nəticələrlə bağlı açıqlamasında bildirib:

“2025-ci ilin əvvəlində şirkətin gələcək planlarını həyata keçirmək üçün adekvat resurslara malik olmasını təmin etmək məqsədilə təşkilati dəyişikliklər prosesinə başladıq və ilin sonuna doğru əlavə addımlar atmaq barədə çətin qərar qəbul etməli olduq. Son proqram işçi qüvvəmizin 20%-ə qədəri ilə yollarımızın ayrılması ilə nəticələnəcək.”

Şirkət ötən ilin əvvəlində də 170 əməkdaşını ixtisar edəcəyini açıqlamışdı. Hazırda "Aston Martin"in təxminən 3 min əməkdaşı var.

Seçilən
39
marja.az

1Mənbələr