AZ

Qazaxıstanda bu ölkədən ət və süd idxalı qadağan olundu

Bakı. Trend:

Qazaxıstan iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəliyinyayılması fonunda Rusiyanın Ural Federal Dairəsindən (UrFO) ət vəsüd məhsullarının idxalını qadağan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Qadağa həmçinin, Volqoqrad, Saratov, Samara və Orenburqvilayətlərindən gətirilən ət və süd məhsullarını da əhatə edir.

Sərəncamda səbəb göstərilməsə də, Rosselxoznadzor QazaxıstanKənd Təsərrüfatı Nazirliyinin baytarlıq nəzarəti və monitorinqiqurumunun qərarına istinad edir.

Bundan əvvəl Qazaxıstanın Baytarlıq Nəzarəti və MonitorinqiKomitəsinin rəhbəri Kazbek Taşimov bildirmişdi ki, məhdudiyyətlərRusiyadan pasterellyoz xəstəliyinin ölkəyə gətirilməsi riskiləbağlıdır; bu xəstəliyə yoluxma halları iribuynuzlu mal-qaraarasında qeydə alınıb.

O vurğulamışdı ki, bu tədbir müvəqqəti xarakter daşıyır vəvəziyyət sabitləşən kimi qadağanın dərhal ləğvi planlaşdırılır.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr