AZ

Bakıda evlərdən oğurluq edən şəxs SAXLANILDI

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.  Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
12
5
Ajans.az

6Mənbələr