AZ

La Reünyon adasında əhali meymun çiçəyi virusu ilə bağlı diqqətli olmağa çağırılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paris, 25 fevral, AZƏRTAC

Fransa Regional Səhiyyə Agentliyi La Reünyon adasında meymun çiçəyi virusuna dörd yeni yoluxmanın qeydə alındığını açıqlayıb və əhalini diqqətli olmağı çağırıb.

AZƏRTAC xəbər verir ki, agentlik bununla əlaqədar olaraq səyahətçilər, səhiyyə işçiləri, immuniteti zəif olanlar və yüksək yoluxma riskinə malik insanlar üçün profilaktik peyvəndləmə kampaniyasına başlayıb.

Qeyd edək ki, meymun çiçəyi xəstəliyi dəri səpgiləri, selikli qişa xoraları, qızdırma, başağrısı və limfa düyünlərinin şişməsi ilə özünü göstərir. Virus infeksiyalı şəxslə yaxın təmas və ya əşyalar vasitəsilə ötürülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr