AZ

Media fəaliyyətinə müdaxilə etməmək və qanunvericiliyə əməl etmək vacibdir - Audiovizual Şura

Bakı. Trend:

Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmiveb-saytı, elektron poçtu və digər əlaqə vasitələri iləvətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət vəsorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sırateleviziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" vəsairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqidolunması ilə bağlıdır. Bəzi müraciətlərdə həmin televiziyaproqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.

Bu barədə Trend-in sorğusunacavab olaraq barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilir ki, məlum olduğu kimi, Azərbaycan RespublikasıAudiovizual Şurası audiovizual media sahəsində tənzimləməni həyatakeçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti vəümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi "Mediahaqqında" Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlarəsasında aparılır. "Media haqqında" Qanunun 5.4-cü maddəsindətəsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq vəredaksiya müstəqilliyi əsasında həyata keçirilir"

"Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramınfəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı biraparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdənçıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzularınmüəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olubAudiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şurahər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibatitənbeh tədbiri tətbiq edərkən "Media haqqında" Qanuna və bu sahənitənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir. Buna görədə, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hərhansı proqramın bağlanmasını və ya aparıcının efirdənuzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz".

"Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadiolaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləriilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziyakanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olanməsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsindəzəruri tövsiyələrin verilməsi təmin olunur.

Bir daha audiovizual yayımçılardan qanunvericiliyin tələblərinəciddi əməl etmələri, peşə etikası qaydaları çərçivəsində fəaliyyətgöstərmələrinin təmin etmələri tələb olunur", - qurumdan qeydolunur.

Məqalədə:
Seçilən
15
21
az.trend.az

10Mənbələr