AZ

Azərbaycan ilə İsrail arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub  

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrail Dövlətinin ölkəmizdəki səfiri Ronen Krausz ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

Nazir Məcnun Məmmədov bu ilin yanvar ayında İsrailə səfəri zamanı bu ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi naziri Avi Dixter ilə görüşdüyünü, akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərin, müasir heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olduğunu xatırladıb, aqrar sahədə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb.

Səfir Ronen Krausz isə öz növbəsində bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, İşçi Qrupun fəaliyyətinin genişləndirilməsi, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Seçilən
5
8
azerbaijan-news.az

10Mənbələr