AZ

Hindistanın Baş naziri İsraildə: İrana qarşı yeni müttəfiqlik qurulur?

Hindistan Baş naziri Narendra Modi iki günlük rəsmi səfər üçün Təl-Əvivə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Modi Təl-Əvivdəki Ben-Gurion hava limanında İsrail Baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Netanyahunun təyyarədən düşən hindistanlı həmkarını "Xoş gəldin, dostum. Burada olmağınız möhtəşəmdir. Danışacaq çox mövzumuz var" ifadələri ilə qarşıladığı görülüb.

Ben-Gurion hava limanında mətbuata qapalı görüş keçirəcək iki lider, daha sonra Qərbi Qüdsə gedəcək. İsrail Parlamentində (Knesset) çıxış edəcək Modi, həmçinin innovasiya sammitində də iştirak edəcək.

Baş nazir Netanyahunun sonuncu dəfə 2017-ci ildə İsrailə gələn Modi ilə müdafiə, yüksək texnologiya, süni intellekt və kvant kimi müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Digər tərəfdən, Netanyahunun dilə gətirdiyi Aralıq dənizi və Yaxın Şərqdə "düşmən gördükləri" tərəflərə qarşı yeni bir "ittifaq" qurulması planlarının da səfər çərçivəsində müzakirə olunacağı nəzərdə tutulur.

Hindistan Baş naziri Narendra Modi səfəri öncəsi yeni bir ittifaq oxu axtarışında olduqlarını elan edən Netanyahuya dəstək vermişdi.

Modi "X" hesabından etdiyi paylaşımda: "Hindistan ilə İsrail arasındakı bağ və ikitərəfli münasibətlərimizin çoxşaxəli strukturu barədə sizinlə tamamilə həmfikirəm", - ifadəsini işlətmişdi.

Netanyahu 22 fevralda kabinet iclası öncəsi verdiyi açıqlamada qurmağı hədəflədikləri yeni ittifaqın Hindistan, bəzi ərəb və Afrika ölkələri ilə yanaşı, Yunanıstan, Cənubi Kipr Rum Rəhbərliyi və bəzi Asiya ölkələrini də əhatə edəcəyini bildirmişdi.

Netanyahu yaratmağı planlaşdırdıqları ittifaq oxunun təfərrüatlarını yaxın günlərdə açıqlayacağını qeyd etmişdi.

Seçilən
13
cebheinfo.az

1Mənbələr