AZ

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlar (FOTO)

Bakı. Trend:

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 34-cüildönümünə həsr olunan LED ekranlı avtomobillərin iştirakı iləgenişmiqyaslı maarifləndirici aksiya keçirilib.

Trend xəbərverir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdmanAssosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Aksiyada Xocalı ilə bağlı dolğun məlumatları əks etdirən LEDekranlı avtomobillər şəhərin mərkəzi küçələrində hərəkət edib.Avtomobillər Kapitoli binası (ABŞ Konqresinin binası), Ağ Ev (ABŞPrezidentinin iqamətgahı), Amerika Birləşmiş Ştatlarının DövlətDepartamenti, Pentaqon (ABŞ Müdafiə Nazirliyinin qərargahı) vədigər dövlət əhəmiyyətli obyektlərin önündən keçərək yerliictimaiyyətin diqqətini 1992-ci il fevralın 26-da baş verən Xocalıfaciəsinə yönəldib.

Ekranlarda soyqırımı qurbanlarının fotoları, faciənindəhşətlərini göstərən təsvirlər, ədalətə çağırış mesajları, eləcədə Xocalı həqiqətləri barədə tarixi faktları əldə etməyə imkanverən QR kodlar nümayiş olunub.

"Xatırla, hörmət et, düşün - Xocalı 1992", "34 il sonra, biz hərbir ruhu xatırlayırıq", "Xocalı 1992 faciəsi - dünya bunuunutmamalıdır", "Xocalı - onların cəsarəti və ağrısı bizimlədir","Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq", "Xocalısoyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylikgöstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdəmüdafiə edirik", "Xocalı üçün ədalət", "Faciədən xatirəyə - Xocalıyaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuqgecə - minlərlə itki", "34 il sonra da Xocalı danışır" şüarlarışəhər sakinlərinin diqqətinə çatdırılıb.

Aksiyada beynəlxalq ictimaiyyətə Xocalı faciəsini unutmamağa,qurbanların xatirəsini hörmətlə anmağa və ədalətin bərqərarolunmasına dəstək verməyə çağırış edilib.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin Nyu York və Bostonşəhərlərində də bu cür məlumatlandırıcı aksiyalar keçirilib.

Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Seçilən
14
4
az.trend.az

5Mənbələr