AZ

Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasınınölkəmizə yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidounu qəbuledib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir CeyhunBayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrikedib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.Somalinin ölkəmizdə ilk rezident səfirinin iki ölkə arasındamünasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinədair əminlik ifadə olunub.

Görüşdə Azərbaycan və Somali arasında ikitərəfli və çoxtərəfliəməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirəolunub.

Son bir neçə il ərzində ölkələrimiz arasında təmaslarınintensivləşməsi, qarşılıqlı səfərlərin sayının artmasının məmnunluqdoğurduğu qeyd edilib. Ötən ilin fevral ayında Somali Prezidentininölkəmizə səfəri, daha sonra Azərbaycan hökumət missiyasınınSomaliyə səfəri və bu çərçivədə Xarici İşlər Nazirlikləri arasındailk siyasi məsləhətləşmələrin keçirilməsi, Somali xarici işlərnazirinin iyun ayında ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Azərbaycan və Somali arasında əməkdaşlığın siyasi, iqtisadi,humanitar, kənd təsərrüfatı, enerji və digər sahələrdə daha dadərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmasınınvacibliyi vurğulanıb.

Görüşdə, Azərbaycan və Somali arasında ikitərəfli çərçivədəkimünasibətlərlə yanaşı, çoxtərəfli beynəlxalq və regionalplatformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslamƏməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəəməkdaşlığın önəmi vurğulanıb. Bununla yanaşı, Somalinin2025–2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimiüzvlüyü dövründə əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib.

Ölkəmizin Somali Federativ Respublikasının beynəlxalq səviyyədətanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazibütövlüyünə tam dəstəyi bir daha diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
12
5
az.trend.az

10Mənbələr