AZ

Ərzaq qiymətləri nə qədər bahalaşıb? – Artım bu rayonlarda daha çox olub

Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artıb.

Ən böyük bahalaşma qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında qeydə alınıb – 7,1 faiz. Qeyri-qida məhsulları 3,5 faiz, ödənişli xidmətlər isə 5,6 faiz bahalaşıb.

Regionlar üzrə ən yüksək inflyasiya Lerik rayonunda müşahidə olunub – 10,2 faiz. İsmayıllı rayonunda bu göstərici 10,1 faiz, Naxçıvan şəhərində 9,6 faiz, Qobustan rayonunda isə 9,4 faiz təşkil edib.

Məsələn, Gədəbəy rayonunda qiymətlər 8 faiz, Xaçmazda 7,8 faiz, Cəlilabadda 7,6 faiz, Tovuzda 7,3 faiz artıb. Gəncə şəhərində inflyasiya 7 faiz olub.

Orta göstəriciyə yaxın artım Masallı rayonunda (5,7 faiz), Füzulidə (5,6 faiz), Quba, İmişli və Salyanda (hər birində 5,5 faiz) qeydə alınıb.

Daha aşağı artım isə Lənkəran rayonunda 4,8 faiz, Tərtər və Yevlax rayonlarında 4,7 faiz, Şəmkir və Qazax rayonlarında 4,4 faiz olub. Ən aşağı göstərici Xızı rayonunda qeydə alınıb – 3,3 faiz.

Qeyd olunub ki, işğaldan azad edilmiş rayonlar üzrə inflyasiya göstəriciləri açıqlanmayıb.

Seçilən
25
1
veteninfo.az

2Mənbələr