AZ

Sərxoş halda velosiped sürənlər cərimə olunacaq? – VACİB AÇIQLAMA

Azərbaycanda sərxoş vəziyyətdə velosiped idarə edən şəxslərin hüquqi məsuliyyəti ilə bağlı məsələ tez-tez müzakirə olunur. Mövcud qanunvericilikdə bu hallara hansı yanaşmanın tətbiq edildiyi və velosipedçilərin hansı hallarda cərimələnə biləcəyi isə bir çoxları üçün maraq doğurur. Bəs sərxoş halda velosiped sürmək qanunla qadağandırmı və belə vəziyyətdə hansı məsuliyyət nəzərdə tutulur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən velosiped mexaniki nəqliyyat vasitəsi hesab olunmur və buna görə də sərxoş vəziyyətdə velosiped sürmək ayrıca inzibati xəta kimi nəzərdə tutulmayıb.

Vəkil

“Yol hərəkəti haqqında” qanunda mexaniki nəqliyyat vasitəsi dedikdə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, özügedən nəqliyyat vasitələri nəzərdə tutulur. Azərbaycan ərazisində avtomobil, motosiklet və digər mexaniki nəqliyyat vasitələrinin idarə edilməsi sürücülük vəsiqəsi əsasında həyata keçirilir və məhz bu kateqoriyaya daxil olan nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmək qadağandır”.

Hüquqşünas qeyd edib ki, velosiped, kiçik elektrik nəqliyyat vasitələri, araba və mopedlər bu tələblərə daxil edilmir. Bu səbəbdən qanunvericilikdə sərxoş halda velosiped sürməyə görə ayrıca məsuliyyət müəyyən olunmayıb.
“Velosipedçi yol hərəkəti qaydalarını pozduğu halda inzibati məsuliyyət daşıyır. Belə hallarda velosiped və ya moped idarə edən şəxslərə görə 40 manat məbləğində cərimə tətbiq edilir”.

Ekspert vurğulayıb ki, qanunda birbaşa qadağa olmasa da, sərxoş vəziyyətdə hərəkət etmək həm sürücünün, həm də digər yol iştirakçılarının təhlükəsizliyi baxımından ciddi risk yaradır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
9
1
konkret.az

2Mənbələr