AZ

Barrak SDQ lideri Mazlum Abdi ilə görüşdü

Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Abdi ilə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İraqın Süleymaniyyə şəhərinin Dabaşan bölgəsində bir araya gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) sədri Bafel Talabaninin ev sahibliyi ilə keçirilən görüşdə İraq Kürdüstan Regional Hökumətinin baş nazir müavini Kubat Talabani də iştirak edib.

Görüşdən sonra “X” hesabında paylaşım edən Barrak bildirib:

“Yenilənmə və koordinasiyanın gözəl, gənc və canlı telləri cəsur bir sivilizasiyanın qədim mənzərəsini toxuyur. Böyük və ümid dolu yeni bir başlanğıc”.

Toplantıda SDQ ilə Dəməşq rəhbərliyi altında qurulan Suriya keçid hökuməti arasında 29 yanvarda əldə olunmuş atəşkəs və inteqrasiya razılaşmasının icrası da müzakirə edilib.

Bafel Talabani razılaşmanın həyata keçirilməsinin “həyati əhəmiyyət daşıdığını” vurğulayaraq, proses qarşısındakı maneələrin aradan qaldırılması üçün birgə fəaliyyətin zəruriliyini qeyd edib.

Kubat Talabani isə “Suriyada bütün komponentlərin ədalətli təmsilçiliyini təmin edəcək inklüziv siyasi prosesə ehtiyac var” deyib.

Bildirilir ki, tərəflər etnik müxtəlifliyə hörmət edən, sabit dövlət quruluşu məsələsində ortaq mövqedə razılığa gəliblər.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr