AZ

Fevralın 26-da qaz kəsiləcək -

Sabah saat 09:00-da Balakəndə 1 920 abonentin qaz təchizatı dayandırılacaq.Metbuat.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsindən (RQİİ) məlumat verilib. Bildirilib ki, qaz təchizatının dayandırılması rayon ərazisində Katex QPS-də bir ədəd RVQ G-400 tipli və Katex kəndində iki ədəd G-400 tipli balans qovşaqlarının quraşdırılması ilə əlaqədardır. Görülən işlərlə bağlı 1 912 əhali, səkkiz qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının verilməsi quraşdırma işlərindən sonra bərpa ediləcək.

Seçilən
12
5
metbuat.az

10Mənbələr