AZ

Ukraynada HHQ komandiri və Təhlükəsizlik Xidmətinin şöbə rəisi 320 min dollar rüşvət üstündə tutulub

Ukraynada Hərbi Hava Qüvvələrinin logistika komandiri polkovnik Andriy Ukrayinets və Təhlükəsizlik Xidmətinin Jitomir vilayəti şöbəsinin rəisi polkovnik Volodimir Kompaniçenko rüşvət alma ittihamı ilə saxlanılıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraine” öz mənbələrinə istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, adları çəkilən şəxslər 320 min ABŞ dolları məbləğində rüşvət alıblar.

Bildirilib ki, bu vəsait hava limanlarının təhlükəsizliyini təmin etmək üçün ayrılan vəsaitlərdən oğurlanıb.

Ukraynada
Seçilən
10
3
apa.az

6Mənbələr