AZ

BMT-də səsvermə artıq öz aktuallığını itirib



BMT -də "Ukraynaya davamlı dəstək" bağlı qətnamə qəbul edilib. Azərbaycan səsvermədə iştirak etməyib. Buna görə Azərbaycan tənqid edilə bilməz. ABŞ bitərəf qalıb.
BMT münaqişələrin həllində təşkilat kimi öz funksiyasını yerinə yetirə bilmir. Beynəlxalq müstəvidə BMT və onun Təhlükəsizlik Şurası yeni dünya təhlükəsizlik çağırışlarına cavab vermir. Əgər, BMT məlum qətnaməsi Rusiyanın hərbi işğalını durdura bilərfidə, Azərbaycan dəstək verə bilərdi.
Azərbaycan artıq ikitərəfli əlaqələrin inkişafına önəm verir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ukrayna prezidenti V. Zelenski ilə prezident İlham Əliyev beynəlxalq təşkilatların forumunda daima görüşür. Telefon danışıqları aparır. Həmçinin Ukraynaya kifayət qədər humanitar yardımlar edir. Göründüyü kimi, Azərbaycan Ukraynanı dəstəkləyir.
BMT-də səsvermə artıq öz aktuallığını itirib. Azərbaycan səsvermədə iştirak etməməklə heç də Rusiya amilini nəzərə almayıb. Sadəcə, münaqişə regionlarını neticesi olmayan gündəmə çıxarmada maraqlı deyil. Ukrayna prezidenti və xalqı yaxşı bilir ki, Azərbaycan onları hərhansı bir sənədlə deyil, real və praktik olaraq dəstəkləyir.
Seçilən
17
1
newscenter.az

2Mənbələr