AZ

Final şoku: Gözlənilməz adlar Avroviziya-2026-da

Azərbaycan üçün “Avroviziya‑2026” yerli seçimlərinin finalçıları müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

İddialara görə, milli seçimlərdə Asya Alizade və Aisel final mərhələsinə vəsiqə qazanıblar. Müsabiqənin yerli turlarında çıxış etmiş Emiliya Yaqubova, Rauf Hill və Əmrah Musayev isə finala yüksələ bilməyiblər.

Bu il keçiriləcək "Eurovision Song Contest"in 70‑ci illik yubiley buraxılışı Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq. Yarışma ənənəvi olaraq, əvvəlki il qalib gələn ölkədə keçirilir. 2025‑də Avstriyanı “Wasted Love” mahnısı ilə JJ təmsil etmiş və qalib gəlmişdi. 

Əsmətxanım


Telegram kanalımız
Seçilən
6
yenisabah.az

1Mənbələr