Azərbaycanlı karateçi Lalə Babazadə antidopinq qaydalarını pozduğu üçün 3 illik diskvalifikasiya edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Milli Antidopinq Agentliyin məlumat yayıb.
İdmançının cəzalanmasına dopinq-test prosesindəki qanunsuzluqlar səbəb olub.
Belə ki, karateçi nümunə toplanmasından imtina etməkdə, prosesdən yayınmaqda və ya lazımi nümunəni təqdim etməməkdə təqsirli bilinib.
Bu səbəbdən o, qarşıdakı 3 il ərzində bütün rəsmi yarışlardan kənarda qalacaq.