AZ

İctimai Birliyini sədri: Kibertəhlükəsizlik və süni intellekt bu gün gənclərin həyatının ayrılmaz hissəsidir

Bakı, 25 fevral, AZƏRTAC

"Youth Cyber Forum” müasir dövrün çağırışlarına uyğun olaraq gənclərin kibertəhlükəsizlik və süni intellekt sahəsində biliklərinin artırılmasına xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli bildirib.

Onun sözlərinə görə, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.

A.Ələkbərli qeyd edib ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik və süni intellekt texnologiyalarının gənclərin gündəlik həyatında artan rolunu nəzərə alaraq, onların bu sahədə özlərini necə qorumalı olduqları barədə maarifləndirilməsidir. “Bu gün kibertəhlükəsizlik və süni intellekt artıq gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Forum çərçivəsində gənclərə risklər və müdafiə mexanizmləri barədə ətraflı məlumat verilir”, - deyə o vurğulayıb.

Birlik sədri bildirib ki, Forumda dövlət qurumlarında kibertəhlükəsizlik sahəsində çalışan aparıcı mütəxəssislər və ekspertlər spiker qismində iştirak edirlər. Onun sözlərinə görə, layihəyə 500-dən çox gənc müraciət edib və hazırda 100 gənc forumun işində fəal şəkildə iştirak edir.

A.Ələkbərli əlavə edib ki, tədbirin əsas üstünlüklərindən biri gənclərin mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran suallara cavab almaq və mövcud problemlərin həlli yollarını müzakirə etmək imkanı əldə etməsidir. “Forum gənclər üçün həm bilik, həm də praktiki baxımdan çox faydalıdır”, – deyə QHT sədri qeyd edib.

Seçilən
13
1
azertag.az

4Mənbələr