AZ

Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib

Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın turizm baxımından cəlbedici məkanları, tarixi-mədəni abidələri və digər turizm nümayiş obyektləri üzrə turistik nişanların quraşdırılması istiqamətində layihələndirmə və icra işləri davam etdirilir.

“İki sahil” xəbər verir ki, həyata keçirilən layihə çərçivəsində Gəncə şəhərində turistik nişanlanma işləri aparılıb. Görülmüş işlərə piyada istiqamətverici nişanların quraşdırılması, məlumatlandırıcı lövhələrin yerləşdirilməsi, eləcə də avtomobil yollarında turizm nümayiş obyektlərini göstərən yol nişanlarının tətbiqi daxildir.

Layihənin əsas məqsədi şəhərə səfər edən yerli və xarici turistlərin hərəkətini asanlaşdırmaq, turizm obyektlərinə çıxışı daha rahat və əlçatan etmək, eyni zamanda şəhərin turizm infrastrukturunun keyfiyyətini artırmaqdır.

Turistik nişanlanma sisteminin tətbiqi şəhər mühitində vahid vizual istiqamətləndirmə mühitinin formalaşdırılmasına, turizm marşrutlarının daha aydın təqdim olunmasına və ümumilikdə ziyarətçi məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.

Layihənin digər turizm potensialı yüksək olan bölgələrdə də mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Seçilən
7
3
ikisahil.az

4Mənbələr