AZ

Diplom hüquq, vəzifə başqa - Hüquqşünas məmurların siyahısı

Hüquq təhsili təkcə məhkəmə zalı ilə məhdudlaşmır. Lakin Azərbaycanda bir çox məmurlar hüquq təhsili alsalar da, tamamilə aidiyyəti olmayan vəzifələrdə çalışırlar. 

"Unikal" sözügedən məmurların siyahısını hazırlayıb. 

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov 1992-1997-ci illərdə Bakı Dövlər Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1997-98-ci illər ərzində ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge məktəbində hüquq üzrə oxuyub. 

- Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. O, 2002-ci ildə magistr pilləsini başa vurub, 2006-cı ildə isə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

- Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" ixtisası üzrə bakalavr təhsilini (2000), daha sonra isə magistr dərəcəsini (2002) qazanıb. Eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur.

- SOCAR-ın vitse-prezidenti İsmayıl Zərgərli 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub. O, 1997-ci ildə həmin fakültənin hüquqşünas/tərçüməçi-referent ixtisasını bitirib.

- SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov da Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində "beynəlxalq hüquq" ixtisası üzrə bakalavr (1997) təhsili alıb. O, 1999-cu ildə ABŞ-də Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində "beynəlxalq biznes hüququ" üzrə magistr dərəcəsini qazanıb.

- SOCAR-ın daha bir vitse-prezidenti Elşad Nəsirov 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.

- Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 

- Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədri Sadiq Sadıqov 1985-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini, 1997-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsini bitirib.

- "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. 2005-2008-ci illərdə universitetin həmin fakültəsindən magistr dərəcəsinə yiyələnib. 

Seymur Əli

Seçilən
14
unikal.az

1Mənbələr