AZ

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əgər bədəninizə “tatu” etdirsəniz…

Dövlət qulluqçularının xarici görünüşü ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Xüsusilə, döymə (tatu) etdirən şəxslərin dövlət xidmətində çalışmaq icazəsinin olub-olmamas, bunun işə qəbul və ya vəzifədə irəliləməyə təsiri cəmiyyətdə müxtəlif suallar doğurur. Bəs qanunvericilik bu məsələyə necə yanaşır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, mövcud qanunvericilikdə dövlət qulluqçularının tatu etdirməsini məhdudlaşdıran hər hansı norma nəzərdə tutulmayıb.

Kadirovun

“Dövlət qulluqçuları ümumi etik davranış qaydalarına uyğun olaraq səliqəli geyim və görünüş tələblərinə riayət etməlidirlər.
Cəmiyyətdə tatu ilə bağlı formalaşmış stereotiplər artıq zəifləməkdədir və bu məsələ hüquqi deyil, daha çox ictimai yanaşma ilə bağlıdır. Bəzi hallarda tatu şəxsi səbəblərlə və ya müəyyən izlərin gizlədilməsi məqsədilə etdirilə bilər. Lakin bu, dövlət qulluqçusunun peşə fəaliyyətinə hüquqi baxımdan təsir göstərmir”, – deyə o, vurğulayıb.

Ramil Süleymanov əlavə edib ki, yalnız istisna hallarda, əgər dövlət qulluqçusu ilə bağlı hər hansı psixoloji və ya davranış şübhələri yaranarsa, müvafiq yoxlamalar aparıla bilər. Bununla belə, tatu etdirməsi şəxsin işdən azad olunması üçün əsas hesab edilə bilməz.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr