AZ

İftar menyusunun 180 manat olması dinimizə uyğun deyil İlahiyyatçı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Restoranlarda Ramazan ayına özəl hazırlıqlar başlanılıb. İftar süfrəsi üçün menyular yenilənib. Ənənəvi menyular daha da zənginləşdirilib. Menyu qiymətlərində ötən illə müqayisədə 10 faiz artım var. Restoran sahiblərinin sözlərinə görə, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir: Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda isə 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır.İftar menyularının bahalığı barədə danışan ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib ki, bu müqəddəs ay özü ilə birlikdə mərhəmət, şəfqət və mənəvi saflaşma gətirir:“Lakin müşahidə olunur ki, Ramazan bəzi sahibkarlar, xüsusilə də restoran sahibləri üçün daha çox kommersiya fürsəti kimi dəyərləndirilir. İftar süfrələrinə tələbatın artdığı dövrdə qiymətlərin yüksəlməsi də tez-tez müzakirə mövzusuna çevrilir. Bəzi sahibkarlar bunu əlavə işçi qüvvəsi və artan xidmət xərcləri ilə əsaslandırırlar. Ancaq hər şeydən öncə Ramazanın ruhu nəzərə alınmalıdır. Bu ay paylaşmaq, ehtiyacı olanlara dəstək olmaq və insanlara iftar üçün əlverişli şərait yaratmaq ayıdır. Təəssüf ki, bəzən mənəvi dəyərlərdən daha çox kommersiya maraqları ön plana keçir. Unutmaq olmaz ki, malın çoxluğu deyil, onun bərəkəti önəmlidir. Ramazan ayı sərvət toplamaq üçün deyil, əksinə, paylaşmaq, ehtiyac sahiblərinə yardım etmək və mənəvi qazanc əldə etmək üçün bir fürsətdir. Dinimizin və Ramazan ayının ruhunun əsas mahiyyəti də məhz budur. Bu baxımdan, qiymət artımı və fürsətçilik kimi yanaşmalar nə dini dəyərlərimizə, nə də Ramazanın mənəvi ruhuna uyğun hesab edilə bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr