AZ

Ukrayna ordusu xüsusi əməliyyat keçirib Zaporojye istiqamətində vacib mövqelər geri alınıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna ordusu Zaporojye vilayəti istiqamətində keçirilən xüsusi əməliyyat çərçivəsində Rusiya qüvvələrinə ciddi itkilər verib və bir sıra strateji mövqelərə nəzarəti bərpa edib. 

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Baş Kəşfiyyat İdarəsinin “Artan” adlı xüsusi təyinatlı bölməsi həmin istiqamətdə kompleks əməliyyat həyata keçirir. Açıqlamada qeyd olunur ki, çətin logistika şəraitinə və qarşı tərəfin mövqeləri “kütləvi hücumlar” vasitəsilə saxlamaq cəhdlərinə baxmayaraq, Ukrayna qüvvələri digər bölmələrlə koordinasiyalı şəkildə vacib mövqeləri geri alıb və cəbhənin bu hissəsində taktiki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Əməliyyat çərçivəsində Rusiya ordusunun ön hücum qrupları məhv edilib, canlı qüvvə və texnikanın cəmləşdiyi obyektlərə zərbələr endirilib, onlarla hərbçi zərərsizləşdirilib.

Qeyd olunur ki, xüsusi əməliyyatın mühüm hissəsi düşmənin əsas logistika xətlərinin atəş nəzarətinə götürülməsi olub. Logistika və rabitə qovşaqlarına endirilən zərbələr nəticəsində Rusiya qüvvələrinin bu istiqamətdə hücum imkanları ciddi şəkildə məhdudlaşıb.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
azpolitika.info

1Mənbələr