AZ

ABŞ-də SİLAHLI HÜCUM: ÖLƏNLƏR VAR

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, təcavüzkar qadağanedici qərarı pozub. Hadisə yerinə gələn polislər evin qarşısında bıçaqla insanlara hücum edən şəxsi aşkar ediblər. Polis dərhal atəş açaraq təcavüzkarı öldürüb. Hadisə yerində dörd nəfər həlak olub, beşinci qurban isə xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən ölüb. Hadisə yerli hakimiyyət orqanlarında narahatlıq yaradıb. Məlum olub ki, qadağanedici qərar rəsmi olaraq şübhəliyə təqdim edilmədiyi üçün onun hücumu həyata keçirməsinə imkan yaranıb.

 

Seçilən
6
Ajans.az

1Mənbələr