AZ

Qırğızıstanda radikal dini təbliğat aparan əcnəbi DEPORTASİYA EDİLDİ – FOTO

Qırğızıstan radikal qruplara üzv toplayan əcnəbi vətəndaşı deportasiya edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (GKNB) məlumat yayıb.

Qırğızıstanın xüsusi xidmət orqanları radikal dini ideologiya tərəfdarı olan əcnəbi vətəndaşın fəaliyyətinin qarşısını alıb.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs yerli gəncləri müxtəlif radikal qruplara cəlb edərək ölkə ərazisində gizli hücrələr yaratmağı planlaşdırırmış.

Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçirdiyi əməliyyat nəticəsində həmin əcnəbi saxlanılaraq ölkə hüdudlarından kənara çıxarılıb.

Həmçinin onun Qırğızıstana girişi uzunmüddətli dövr üçün qadağan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr