AZ

“Kristal” Almaniyanın parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO şirkəti ilə tərəfdaşlığa başladı!

“Kristal” və "HARO" şirkəti arasında memorandum imzalanıb.

Tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Kristal” ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Görüş çərçivəsində tərəflər arasında “Kristal”ın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, əməkdaşlıq hazırda “təmiri davam edən” mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları “Kristal”ın “City Garden Narimanov”, “Park Yasamal”“Highland Residence” layihələrində tətbiq olunacaq. "HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.

Seçilən
1
18
publika.az

10Mənbələr