AZ

Fuat Oktay və bərabərindəki nümayəndə heyəti Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunu ziyarət edib - FOTOLAR

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay və bərabərindəki nümayəndə heyəti Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunu ziyarət edib. SİA xəbər verir ki, səfər çərçivəsində qonaqlar məktəbin tədris prosesi, infrastruktur imkanları və həyata keçirilən beynəlxalq layihələrlə yaxından tanış olublar. Məktəb rəhbərliyi tərəfindən kampusun fəaliyyəti, təhsil strategiyası və şagirdlərin nailiyyətləri barədə ətraflı məlumat təqdim olunub.

Ziyarət zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ortaq dəyərlərə əsaslanan qardaşlıq münasibətlərinin gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığı qeyd edilib. Qonaqlar müəllim və şagird kollektivi ilə səmimi söhbət aparıb, onların fəaliyyəti və hədəfləri ilə maraqlanıblar.

Ziyarət çərçivəsində şagirdlər tərəfindən hazırlanmış qısa bədii musiqili proqram təqdim olunub.

Ziyarətin sonunda xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Maarif Məktəbləri iki kampusla (Gənclik və Nəsimi) Türkiyə Maarifi Vəqfinin nəzdində fəaliyyət göstərir.

Seçilən
6
sia.az

1Mənbələr