AZ

Si Cinpin Mertslə görüşdə Çin–Almaniya münasibətlərini yeni səviyyəyə qaldırmağa hazır olduqlarını bildirib

Almaniya kansleri Fridrix Merts Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Si Cinpin görüş zamanı ikitərəfli münasibətləri yeni səviyyələrə çatdırmağa hazır olduqlarını bildirib və Çin–Almaniya əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Qeyd edək ki, Almaniya kansleri Çində iki günlük səfərdədir. Bu səfər ABŞ Prezidenti Donald Trampın ticarət tarifləri və digər qeyri-sabit xarici siyasət addımları fonunda baş tutur.

Bildirilir ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin ötən il ABŞ-ı geridə qoyaraq Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilib.

Seçilən
55
5
apa.az

7Mənbələr