AZ

“Toyota” elektromobillərin evdə doldurulmasını təşviq edir

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Toyota”nın Şimali Amerika bölməsi elektromobil və Plug-in hibridlərin evdə doldurulmasını asanlaşdırmaq üçün “Threehouse” şirkəti ilə müqavilə bağlayıb.

Avtosfer.az xəbər verir ki, məqsəd həm sürücülərin işini asanlaşdırmaq, həm də elektromobillərin evdə doldurulmasını təşviq etməkdir. Sistem də çox sadə qurulub.

Maşını evdə doldurmaq istəyən şəxs şirkətə onlayn müraciət edərək evin fotolarını göndərir və mühəndisin suallarına cavab verir. Bundan sonra şirkət məsləhət bildiyi halda sabit cərəyanlı doldurucunu müştərinin evinə quraşdırır. Belə qurğular gecə ərzində batareyanı doldurmağa kifayət edir. 

Elektromobillərin gecə doldurulması enerji şəbəkəsindəki yükü azaldır, gündüz saatlarında yüklənmənin qarşısını alır. Bu da son nəticədə stansiyaların normal işinə kömək edir. Lakin bir vacib məsələ də evdəki elektrik şəbəkəsinin vəziyyətidir. Kabellərin köhnə və zəif olduğu evlərdə doldurucu avadanlığın quraşdırılmasından imtina edilir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
avtosfer.az

1Mənbələr