Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda mübarizə aparacaqlar.
Fanat.Az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.
Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.
Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.
Heyət belədir:
52 kq
Çinarə Sadıqova
Fəridə Mirzəyeva
Aysun Məmmədova
Nuranə Hacızadə
57 kq
Vüsalə Hacıyeva
63 kq
Nilgün Rzayeva