AZ

Sosial şəbəkələrdəki biabırçılığa son qoyulur AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə son zamanlar artan bədən nümayişi və etik sərhədləri aşan paylaşımlar cəmiyyətdə ciddi narazılıq doğurub. Xüsusilə açıq məzmunlu reklamlar və gənclərin mənəviyyatına təsir edən görüntülərin sürətlə yayılması müvafiq qurumları hərəkətə keçirib. Artıq virtual məkanda etik normaların qorunması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi gündəmdədir. Qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək yeni tədbirlər sosial media istifadəçilərinin məsuliyyətini artırmağı hədəfləyir.Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, internet resursları da ictimai məkan hesab olunur. Onun sözlərinə görə bu platformalarda baş verən rəzalətə və təhlükəli çağırışlara qarşı inzibati yollarla mübarizə aparmaq artıq zərurətə çevrilib."Bu addımlar həm inzibati, həm də ictimai qınaq vasitəsilə həyata keçirilməlidir. Lakin ictimai qınaq kifayət etmədiyi üçün dövlət məsələni inzibati yollarla həll etməyə məcbur qalır. Ən təsirli vasitə cərimədir, çünki praktikada bunun nəticə verdiyi görünür. Dövlət son dövrlərdə vəziyyəti nizamlamağa çalışır və milli-mənəvi dəyərləri qorumaq üçün müəyyən normalar və etik qaydalar tətbiq edir. Qanunvericiliyə əsasən, cəmiyyətin mənəvi dəyərlərinə, xüsusilə uşaqlara zərər vuran materialların yayılması qadağandır".Ekspert qeyd edir ki, bəzi şəxslər internetin verdiyi azadlıqdan sui-istifadə edərək şantaj, təhqir və dezinformasiya yaymaqla məşğul olurlar. Bu isə nəinki etik normaların, həm də qanunların birbaşa pozulması deməkdir. Virtual məkanın sağlamlaşdırılması üçün nəzarət mexanizmləri elə qurulmalıdır ki, hər bir istifadəçi qanun qarşısında məsuliyyətini hiss etsin."Vətəndaşlar zərərli materiallar barədə aidiyyəti qurumlara məlumat verə bilərlər. Bunun üçün sadə və işlək nəzarət mexanizmi yaradılmalı, həm ictimai, həm də dövlət nəzarəti təmin olunmalıdır. Azadlıq anarxiya demək deyil, hər şeyin öz qaydası və norması var. Sosial şəbəkələrdə istifadə qaydaları da açıq şəkildə göstərilir və istifadəçilər bu şərtlərlə razılaşaraq platformalara qoşulurlar".Görünən odur ki, yaxın gələcəkdə sosial media profilləri daha ciddi monitorinq ediləcək. Bu prosesdə həm dövlət qurumlarının sərt inzibati tədbirləri, həm də vətəndaşların fəallığı əsas rol oynayacaq. Çünki virtual mühitdəki "xaos" yalnız cəza tədbirləri və sistemli nəzarətlə cilovlana bilər.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırƏfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
demokrat.az

1Mənbələr