AZ

Çinli iş adamını İstanbulda diri-diri basdırdılar - FOTO

İstanbulda çinli iş adamının meyiti tapılıb. 

“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, itkin düşən 38 yaşlı Çin vətəndaşı Yong Wangın kriptovalyutaları ələ keçirildikdən sonra amansızlıqla qətlə yetirildiyi məlum olub.

Onun meyiti Arnavutköy rayonunda əkin sahəsində əlləri və ayaqları bağlanmış, dik vəziyyətdə torpağa basdırılmış halda tapılıb.

İstintaqa görə, iş adamı Fatihdə bir qadın vasitəsilə tələyə salınıb və daha sonra qaçırılıb. İlkin rəyə əsasən, Wang baş nahiyəsindən zərbə aldıqdan sonra diri-diri basdırılaraq boğulub.

Qeyd olunur ki, hadisə ilə bağlı 10 nəfər barəsində beynəlxalq axtarış elan edilib. Interpol xətti ilə aparılan əməliyyat nəticəsində şübhəlilər Çində saxlanılıb.

Seçilən
1
unikal.az

1Mənbələr