AZ

Allahşükür Paşazadə oğlunun işdən çıxmasından danışdı

Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə vəzifəsindən azad edilib. 

Allahşükür Paşazadə oğlunun işdən çıxması ilə bağlı "Unikal"a açıqlama verib:

"Oğlumun nə işə qəbulundan, nə də işdən çıxmasından mənim xəbərim olmayıb. O, işləri ilə özü məşğul olur. Qeyd edim ki, oğlum öz ərizəsi ilə ASCO-dakı vəzifəsindən ayrılıb", - deyə Şeyxülislam əlavə edib.

Murad İbrahimli

Seçilən
7
unikal.az

1Mənbələr