AZ

Qlasner mövsümü “Kristal Pelas”da tamamlayacaq

“Kristal Pelas” rəhbərliyi avstriyalı baş məşqçi Oliver Qlasnerə Premyer Liqanın cari mövsümünü yekunlaşdırmağa icazə verəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Football Insider" məlumat yayıb.

Qlasner mövsümün sonunda, müqaviləsinin bitməsi ilə klubdan ayrılacaq. O, “Kristal Pelas”da fevral 2024-cü ildən baş məşqçi kimi çalışır.

Onun rəhbərliyi altında London klubu tarixində ilk dəfə İngiltərə Kuboku və Superkuboku qazandı.

Hazırda “Kristal Pelas” Premyer Liqada 27 oyundan sonra 35 xalla 13-cü sıradadır.

Seçilən
5
90deqiqe.az

1Mənbələr